SOSİUM

20 Avqust

Ali məktəblərə ixtisas seçimi başa çatdı – minlərlə abituriyent plandan artıqdır

Finss.az – 2025-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ixtisas seçimi prosesi ötən gecə başa çatıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı məlumata görə, bütün ixtisas qruplarında plan yerlərindən artıq abituriyent sənəd təqdim edib.

I ixtisas qrupu – RK alt qrupunda 12 955 plan yerinə qarşı 11 819, Rİ alt qrupunda isə 7 430 yer uğrunda 6 848 abituriyent mübarizə aparacaq. Ümumilikdə 20 385 plan yerinə qarşı 23 919 nəfər ixtisas seçimini təsdiqləyib. Beləliklə, bu qrupda plan yerlərindən 3 533 nəfər artıqdır.

II ixtisas qrupu14 935 plan yerinə qarşı 19 041 abituriyent sənəd verib. Burada plan yerlərindən artıq 4 104 nəfər qeydiyyatdan keçib.

III ixtisas qrupu – DT alt qrupunda 13 558 yer uğrunda 24 087, TC alt qrupunda isə 2 025 yerə qarşı 7 620 nəfər mübarizə aparacaq. Ümumilikdə 15 583 plan yerinə qarşı 24 414 ərizə təsdiqlənib. Artıq abituriyentlərin sayı 8 831 nəfərdir.

IV ixtisas qrupu4 732 plan yerinə qarşı 6 966 ərizə təsdiqlənib. Beləliklə, 2 234 nəfər plan yerlərindən artıqdır.

V ixtisas qrupu4 704 plan yerinə qarşı 16 517 abituriyent ixtisas seçimi edib. Bu qrupda artıq abituriyentlərin sayı 11 813 nəfərdir.

Ümumilikdə, 2025-ci ildə ali məktəblərə qəbul üzrə ixtisas seçimi plan yerlərindən minlərlə artıq abituriyentlərlə nəticələnib. Mütəxəssislərin proqnozuna görə, rəqabət xüsusilə III və V ixtisas qruplarında daha yüksək olacaq.